83
06:11
22 Fevral 2018

"Brit Awards"-ın qalibləri məlum oldu

Londonda 38-ci “Brit Awards” müsabiqəsi laureatlarının mükafatlandırma mərasimi keçirilib.

APA -nın xəbərinə görə, “Ən yaxşı kişi ifaçı” adına reper STORMZY layiq görülüb. “Ən yaxşı qadın ifaçı” Dua Lipa olub. “Ən yaxşı qrup” adına isə “Gorillaz” qrupu layiq görülüb. “Ən yaxşı videoçarx” nominasiyasında Harri Staylz (“Sign Of The Times”) qalib gəlib. Rag'n'Bone Man-in ifasındakı "Human” "İlin ən yaxşı mahnısı" seçilib.

“Ən yaxşı beynəlxalq qadın ifaçı” nominasiyasında müğənni Lord, “Ən yaxşı beynəlxalq kişi ifaçı” nominasiyasında isə Kendrik Lamar birinci olublar. "Dünya miqyasında uğur" nominasiyasında Ed Şiran qalib gəlib.