146
14:41
21 Fevral 2018

Xoşqədəm: "Heç kimi bağışlamayacam" - YENİ QALMAQAL

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ona tənqidi şərh yazan Nura Paşayevanı məhkəməyə verib. Lent.az -ın məlumatına görə, aparıcı bu barədə status yazıb: “Onu axtarırıq, kimin bu şəxslə bağla məlumatı varsa, yazsın. İndi bunun yeni fotolarını da paylaşacam. Onun sponsorunun şəklini də tapıb, arvadına-uşağına deyəcəm".

Qeyd edək ki, X.Hidayətqızı ötən gün verilişində bildirib ki, ona tənqid yazanlar məhkəməlik olacaq:

“Bu günə kimi yazılan heç bir tənqidi şərhlərə fikir verməmişəm. Amma bundan sonra belə olmayacaq. Bir kəlmə təhqir yazan adamı belə bağışlamayacam. Onu məhkəmədə diz çökdürəcəm. Üç oğul böyüdürəm. Məni, üzümü, ayağımı, apardığım verilişi sevməyə bilərsən. Amma ixtiyarınız yoxdur ki, oğlumun başını aşağı edəcək sözlər yazasınız”.