Nura Suri buna görə boşanıb: "Övladlarımı qəbul etmirdi" - VİDEO
Müğənni Nura Suri növbəti dəfə şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Virtual həyat” verilişində bu sözləri deyib: “Həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki?! Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar. Mən çalışıram ki, fərqli həyat tərzi sürüm. Mən bilmirəm, hamı nəyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil”.
Nura sonuncu nikahının pozulmasına da münasibət bildirib: “Mən oğlum Davidin atası ilə niyə gedib yaşaya bilmədim?! Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik, o, Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi. Bu insan məni ancaq öz övladı ilə qəbul edib. Amma mənim o biri övladlarımı qəbul etmirdi. İstəməmişəm ki, onlar nəyə görəsə özlərini pis hiss etsinlər və evdə ögey ata olsun. Demirəm ki, buna pis baxıram, sadəcə, mən bunu qəbul edə bilmirəm. İstəmirəm ki, övlarlarım o cür böyüsün”.

Yalçın UĞUR
Oxşar yazılar

Hadisəni tanıya bilməyəcəksiz - YENİ İMİC-FOTO
17 yanvar 2021 , 17:32
Siyavuş Aslanın oğlu: “Qızımı məndən gizlədirlər”-VİDEO
17 yanvar 2021 , 09:45
Pop kralı xadiməsini evdən çıxardıb
16 yanvar 2021 , 15:38
Tanınmış model səfil həyatı yaşayır - Aktyorla evli idi
15 yanvar 2021 , 14:55
“Çoçuk” serialının qəhrəmanları evlənir
15 yanvar 2021 , 12:18
Pulsuzluqdan kafedə qab yuyan işləmək istəyir - Məşhur müğənnimiz
15 yanvar 2021 , 10:07
Acundan yeni böyük layihə
15 yanvar 2021 , 09:24
Xoşqədəm Hidayətqızının həyat YOLDAŞI YENİ BİZNES QURDU
15 yanvar 2021 , 09:05