“Səhər-Səhər” verilişinin qonağı olan müğənni Mirkamil Kamilov gözlənilməz halla qarşılaşıb. Lent.az-ın məlumatına görə, gənc qadın efirə qatılaraq bildirib ki, M.Kamilov onu aldadıb:
“Mirkamili çox yaxşı tanıyıram. Efirdə izlədim. O dedi ki, mən həyatımda heç bir qızı aldatmamışam. Bu sözlər mənə çox toxundu. O məşhur müğənni ola bilər, insani kefiyyətləri bəs necə?! Şəkillərimiz var idi, amma biz ayrılandan sonra mən bütün şəkilləri telefondan sildim. Mənimlə sevgili olan vaxtlar mənə nə vədlər, sözlər verirdi. Üəqin onun qız fanatları çox olub, ona görə də mən yadında qalmamışam”.
Xanımın bu sözlərinə ifaçının cavabı bu cür olub:
“Xanım mən sizi tanımıram, salam aleyküm. Birinci dəfədir ki, sizi görürürəm. İncəsənət universitetini bitirmisiniz xanım, yoxsa?! Maşallah olsun istedadlı birisiz. Mən bu xanımı ilk dəfədir ki, burda görürəm. Əsəbi adamam, həqiqi deyirəm”.