Silvester Stallonenin ölüm xəbəri təkzib edildi
20 fevral 2018 00:19 (UTC +04:00)

Silvester Stallonenin ölüm xəbəri təkzib edildi

Hollivud aktyoru Silvester Stallonenin yaxınları aktyorun sosial şəbəkədə yayılan ölüm xəbərlərinə münasibət bildirib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, internetdə yayılan məlumatlarda bildirilir ki, 71 yaşlı aktyor guya prostat vəzi xərçəngindən vəfat edib.

 

Qeyd olunur ki, o, xəstəliyini gizlətsə də, sonda onun öhdəsindən gələ bilməyib.

 

"Qardaşımın ölümü barədə yayılan xəbərlər yalandır. Hansı xəstə, amansız düşüncə sahibi belə bir şey fikirləşə bilər? Bunu edən insanlar ağılsızdırlar və cəmiyyətdə onlara yer yoxdur", — deyə Stallonenin musiqiçi qardaşı Frenk Stallone "Twitter"də yazıb.

 

Yeri gəlmişkən aktyor fevralın 14-də məşq zalından öz şəklini paylaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar