88
10:23
02 Fevral 2018

Sevinc-Sevil bacıları "Xəzər"dən getdi: "Biz yıxıldıq..."

Sevil və Sevinc Səfərovalar “Xəzər” telekanalı ilə yollarını ayırır. Lent.az -ın məlumatına görə, bacılar bu barədə sosial şəbəkədə yazıb. Onlar bildiriblər ki, bu gün sonuncu dəfə “Hər şey daxil” verilişində aparıcılıq edəcəklər:

“2 iyun 2014-cü il... Xəzər telekanalında “Hər şey daxil” verilişinin ilk canlı yayımı bizim təqdimatımızda... Dörd il hər səhər sizin bir çoxunuzun evinin sakini olduq. Bir çoxunuz bizi evinizin övladı bilib, dərdimizə şərik oldunuz, sevincimizə, uğurumuza sevindiniz. Biz yıxıldıq, siz əlimizdən tutub ayağa qalxmağı öyrətdiniz. Bizi biz etdiniz, halal qazandığımız çörəyi bizə çox görmədiniz. Ailə kanalında çalışıb, oranın övladı, siması olmaq nə qədər qürurvericidir.

Allah o qapını bizə açdı, ilk addımlarımızı sizinlə başladıq. Qurduğumuz işin təməlini sayənizdə möhkəm etdik. 4 il sonra 10:00-da canlı efirlə vidalaşırıq.

Bunu əlim əsərək, ağlayaraq yazıram. Çünki oranı ailəm bilirəm... Düşünün, valideyn qız övladı böyüdür, sonda verdiyi tərbiyəni, əziyyətini çəkdiyi övladını, başqa ailəyə gəlin verir. Bizi də “Xəzər” böyütdü, başa çatdırdı. İndi isə uğurla bizi müğənni kimi sənətimizi daha böyük zirvəyə qaldırmağa yola salır. Bu xəbərə sevinən də, kədərlənən də olacaq”.