77
11:09
25 Yanvar 2018

Azərbaycanlı müğənni: "Oğlum görən, elə bilir, sevgilimdir" - VİDEO

Müğənni Rahidə Baxışova övladları barədə danışıb. Lent.az -ın məlumatına görə, “Şou məkan” verilişinə açıqlama verən ifaçı bildirib ki, oğlunun müğənni olmasını istəmir: “Əslində oğlumla duet oxumaq beynimdən gəlib keçib. Övladım istedadlıdır. Bəlkə də, nə zamansa olar. Mən bu işin içində olmasaydım, bəlkə də daha çox dəstək olardım. Oğlum musiqini sevir. Gözəl duyumu var, elə qızımın da duyumu var. Fikirləşirdim ki, oğlum polis və ya idmançı olsun. İstərdim ki, musiqi aləmində olmasın. Madam ki, oğlum, bunu çox istəyir və qarşısını ala bilmirəm, o zaman qoy getsin oxusun. Ancaq orta məktəbi bitirsin, imtahanlarını versin, sonra”.

İfaçı bildirib ki, oğlu hündürboy olduğu üçün hətta bəzən onun oğlu yox, sevgilisi olduğunu zənn edirlər: “Oğlum hündürboyludur.Mənim yanımda görəndə və mən deyəndə ki, oğlumdur, hamı təəccüblənir. Deyirlər ki, elə bildik, sevgilindir”.