49
01:12
22 Yanvar 2018

Şakira İspaniyada vergidən yayınmaqda şübhəli bilinir

İspaniyanın vergi xidməti orqanları məşhur Kolumbiya müğənnisi Şakiranın vergidən yayındığını güman edərək prokurorluğa müraciət ediblər.

Lent.az -ın “report”a istinadən xəbərinə görə, söhbət bir neçə milyon avrodan gedir.

Müğənni 2010-2017-ci illər ərzində ispan futbolçu Jerar Pike ilə münasibətdə olub. Cütlük öz münasibətlərini 2011-ci ildə rəsmiləşdirib, lakin Şakira İspaniyanın vergi orqanlarında qeydiyyata 2015-ci ildə düşüb. Belə olan halda, vergi əməkdaşları müğənnini vaxtın böyük hissəsini bu ölkənin ərazisində yaşamasına baxmayaraq, 4 il ərzində vergi ödəməkdən boyun qaçırmaqda şübhəli bilirlər. Şakiranın nümayəndələrinin iddiasına görə, müğənni İspaniyada vergi rezidenti hesab olunması üçün qanunla müəyyən edilmiş 183 gündən az yaşayıb.