47
11:58
29 İyun 2017

Muğamsevərlər növbəti dəfə bir araya toplaşdı - FOTO

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin növbəti təqdimatında “Bayatı-Şiraz” muğamı səsləndi.

Lent.az -ın məlumatına görə, Beynəlxlaq Muğam Mərkəzi muğamsevərləri növbəti dəfə bir araya topladı. Belə ki, iyunun 28-də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğamı ifa olundu. Qeyd edək ki, bu layihəyə mayın 6-dan “Rast” muğamının ifası ilə start verilib.

“Bayatı-Şiraz”ın müxtəlif şöbə və guşələri xanəndələr Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında səsləndi. Onları xalq çalğı alətləri ansamblı (tarda-Kamal Nuriyev, kamançada - Elnur Salahov, tarda - Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada-Amil Mustafayev, balabanda - Mirağa Murtuzov) müşayiət etdi.

Xanəndələrin ifa etdiyi “Baytı-Şiraz” muğamıtamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

“Bayatı-Şiraz” muğamı yeddi əsas muğam dəsgahlarından biridir.

“Bayatı-Şiraz” muğamı bəstəkar Nəriman Məmmədov tərəfindən tarzən Əhməd Bakıxanovun ifasında nota alınmışdır.

Qeyd edək ki, 30 iyun tarixində “Muğam axşamları”layihəsi çərçivəsində “Şüştər” və “Humayun” muğamları səslənəcək. Biletləri şəhərin kassalarından, “Asan xidmət” mərkəzindən vəiticket.azsaytından əldə etmək olar.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi Lent.az -dır.