Şakiradan tamaşaçılarına  xoş xəbər
15 aprel 2024 18:58 (UTC +04:00)

Şakiradan tamaşaçılarına xoş xəbər

Dünya şöhrətli müğənni Şakira konsertində sürpriz açıqlama verib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 47 yaşlı kolumbiyalı müğənni Kaliforniyanın İndio şəhərində keçirilən “2024 Coachella Musiqi və İncəsənət Festivalı” çərçivəsində gözlənilmədən səhnəyə çıxaraq tamaşaçıları təəccübləndirib.

Yeddi ildən sonra martın 22-də işıq üzü görən 12-ci albomu "Las Mujeres Ya No Lloran" (Qadınlar Artıq Ağlamaz) ilə pərəstişkarlarını sevindirən Şakira dünya turnesinə çıxacağını bəyan edib.

Şakiranın dünya üzrə konsertləri  noyabr ayında start götürəcək.


 

# 2280
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar