Hacıqabulda avtomobil, Sumqayıtda ev yandı
25 oktyabr 2016 08:50 (UTC +04:00)

Hacıqabulda avtomobil, Sumqayıtda ev yandı

 

Hacıqabul rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan birmərtəbəli bir otaqlı evin yanar konstruksiyaları və ev əşyaları da yanıb.  Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317

Oxşar yazılar