Qadını yaralayan gənclərin məhkəməsi başladı
06 sentyabr 2016 10:57 (UTC +04:00)

Qadını yaralayan gənclərin məhkəməsi başladı

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Qulu Abdullayev və Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəməsi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 9-a təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401

Oxşar yazılar