Türkiyədə helikopter qəzaya uğradı: 7 ölü, 8 yaralı - YENİLƏNİB-3

Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 7-yə çatıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Giresun bələdiyyə başqanı Kərim Aksu deyib.
“Səkkiz nəfər ağır yaralanıb. Onların arasında vəziyyəti ağır olanlar var”, - deyə Aksu bildirib.
****** 21.18
Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Giresun bələdiyyə başqanı Kərim Aksu deyib. Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub. Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.
Ölənlərin ikisi zabit, ikisi onların həyat yoldaşı, ikisi isə uşaqdır.
Məlumata görə, nümayəndə heyəti hərbi əməliyyatlarda şəhid olan hərbçilərin ailələrinə baş çəkməyə gedirmiş.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.
Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.
Ərazidə müşahidə olunan qatı duman və leysan yağışları xilasetmə əməliyyatının aparılmasına maneçilik törədir.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin baş naziri Binali Yıldırım terror ehtimalının olmadığını qeyd edib. O da hadisəyə əlverişsiz hava şəraiti səbəb olduğunu bildirib.
*** 20.12
Türkiyənin Giresun əyalətində göyərtəsində 11 nəfərin olduğu Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, helikopterin göyərtəsində əyalətin jandarma rəisi Mustafa Doğru daxil olmaqla 11 nəfər olub. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.
Ərazidə müşahidə olunan qatı duman və leysan yağışları xilasetmə əməliyyatının aparılmasına maneçilik törədir.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
**** 19.54
Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya düşüb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, helikopter Giresunun Alıcılar mahalının Toxumluq kəndində düşüb. İçində komandirlərin də olduğu 11 hərbçinin helikopterlə Giresunda şəhid ailəsini ziyarətə getdiyi deyilir.
Qəza zamanı helikopterdə olanlardan 1-nin şəhid olduğu, 2-nin vəziyyətinin isə ağır yaralı olduğu deyilir. Yerdə qalanların axtarışı davam etdirilir.
Qeyd edək ki, qəzaya səbəb havadakı duman olub. Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım maşınları sövq edilib.

Oxşar yazılar

“Danışmaq qadağan edilsin” – Pandemiya əleyhinə TƏKLİF
23 yanvar 2021 , 11:20
ÜST-ün sənədi təsadüfən jurnala göndərildi: ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
23 yanvar 2021 , 09:16
Yüzlərlə hərbçi koronavirusa yoluxdu - VAŞİNQTONDA SƏHLƏNKARLIQ
23 yanvar 2021 , 08:10
Dəhşətli açıqlama: “Britaniya ştamm”ına yoluxan 13 nəfərdən 10-u ölür
23 yanvar 2021 , 03:20
Dünyada koronavirusa təkrar yoluxma SAYI AÇIQLANDI
22 yanvar 2021 , 22:24
Milyarderdən ağlasığmaz təklif - 100 mln. dollar
22 yanvar 2021 , 07:36
Ərdoğan: “Dilimiz fransız və ingilis mənşəli ifadələrlə doludur”
21 yanvar 2021 , 06:22
Çindən yüksək çinli 28 ABŞ vətəndaşına SANKSİYA
21 yanvar 2021 , 03:53