Bakıda rəfiqələri ilə çimərliyə gedən 18 yaşlı qızın FACİƏVİ SONU - TƏFƏRRÜAT
Dünən Mərdəkan çimərliyində boğulmaq təhlükəsi ilə üzləşən 3 nəfərdən ikisinin xilas edilməsi barədə xəbər vermişdik. Lent.az-ın məlumatına görə, həmin hadisə vaxtı 18 yaşlı Camalzadə Nərmin Niyaməddin qızı boğularaq vəfat etmişdi və cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdi.
Bildirilir ki, N.Camalzadənin meyiti artıq ailəsinə təhvil verilib və dəfn edilib.
Hadisənin baş vermə səbəbinə gəlincə, dünən günorta saatlarında N.Camalzadə digər iki rəfiqəsi ilə çimərliyə gedib. Hava şəraitinin küləkli və dənizin nisbətən dalğalı olmasına baxmayaraq, qızlar suya giriblər. Təxminən 1 metr dərinlikli suda olarkən sahilə çırpılaraq geri qayıdan dalğalar qızları sahildən uzaqlaşdırmağa başlayıb və onlar qışqıraraq kömək istəyiblər. Dərhal yaxınlıqdakı şəxslər və xilasedicilər köməyə yetişməyə çalışsalar da, üzməyi bacarmayan qızlardan 18 yaşlı Nərmin dəniz sularında boğulub.
Faktla bağlı araşdırma aparılır.
*****
4 iyul
Bakıda 18 yaşlı qız dənizdə boğularaq ölüb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan 2-sinin xilas olunmalarını təmin ediblər. Digər 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Dövlət Sularda Xilasetmə Xidmətinə həmçinin Abşeron rayonunda (məntəqə ərazisində) 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə də məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Nizam Rza
Oxşar yazılar

Kənd sakini ot presləyən qurğuya düşdü
23 yanvar 2021 , 18:14
Xoruzlu kəndində çayxana icarədarı cəzalandırıldı
23 yanvar 2021 , 16:20
Mərkəz direktoru barəsində cinayət işi başlandı
23 yanvar 2021 , 15:11
Dəmir alətlə qadının başına vurub qətlə yetirdi - RƏSMİ
23 yanvar 2021 , 14:16
İki evdən 14 min manatlıq OĞURLUQ
23 yanvar 2021 , 13:40
Yeniyetmə özündən 40 yaş böyük qonşusunu BOĞARAQ ÖLDÜRDÜ
23 yanvar 2021 , 13:20
İstefa verən bələdiyyə sədrilə bağlı YENİ TƏYİNAT
23 yanvar 2021 , 13:00