Kerri və Sarkisyan Qarabağı müzakirə etdilər

Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri aralarında keçirilmiş telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilən danışıqlar prosesində son hadisələri, xüsusən, Vyana və Sankt Peterburq görüşlərində əldə olunan razılaşmaların icrası prosesini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.

Oxşar yazılar

Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10
Onlar kimləri və niyə "buynuzlayırlar"?
26 yanvar 2021 , 16:41
Son 100 ilin ən sərt böhranı - BMT AÇIQLADI
26 yanvar 2021 , 11:31
Rusiyada 140 illik BİNA ÇÖKDÜ - FOTO
26 yanvar 2021 , 11:04