Azərbaycanda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Tovuz rayonunda qeydə alınıb. Rayon sakini Mehman Nəsirli yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.