01:23
30 Dekabr 2015

Ukraynadan Rusiyaya cavab addımı

Ukrayna prezidenti Pyotr Poroşenko azad ticarət zonası və ərzaq embarqosuna dair Moskvanın qərarlarına cavab olaraq Nazirlər Kabinetinə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə imkan verən qanunu imzalayıb. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna parlamentinin saytında dərc edilmiş məlumatda bildirilir.

Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedev yanvarın 1-dən etibarən Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələrə qarşı tətbiq olunan gömrük rüsumlarının və ərzaq embarqosunun Ukrayna qarşı tətbiq ediləcəyini bildirib. Bundan başqa, Rusiya Dövlət Duması bir neçə gün əvvəl yanvarın 1-dən MDB çərçivəsində Ukrayna ilə imzalanan azad ticarət zonası haqqında müqavilənin tətbiqinin dayandırılmasına dair qanun qəbul edib. Sənəd baxılması üçün Dövlət Dumasına prezident Vladimir Putin tərəfindən təqdim olunub. O bundan əvvəl müvafiq fərmanı imzalayıb. Federasiya Şurası qanunu dekabrın 25-də dəstəkləyib.

Buna cavab olaraq, Ukrayna parlamenti dekabrın 24-də Nazirlər Kabinetinə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə imkan verən qanun qəbul edib.

Dİgər xəbərlər