Amerikalı həmsədr: "Prezidentlərin Qarabağla bağlı vacib danışıqlar üçün görüşəcəyini gözləyirik”
18 dekabr 2015 16:21 (UTC +04:00)

Amerikalı həmsədr: "Prezidentlərin Qarabağla bağlı vacib danışıqlar üçün görüşəcəyini gözləyirik”

 

“Sabah prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı vacib danışıqlar üçün görüşəcəyini gözləyirik”.

 

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “twitter” səhifəsində yazıb.

 

Qeyd edək ki, sabah Ermənistan və Azərbaycan prezidentlərinin İsveçrənin Bern şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339

Oxşar yazılar