Suriyada vətəndaş müharibəsinin ilk vaxtlarında bir müddət müxalif qüvvələrin idarəçiliyində olan ölkənin şimal şəhəri Raqqa mart ayından "İslam dövləti" qurmaq istəyən terrorçuların nəzarətindədir. Bu şəhəri özlərinin paytaxtı elan edən radikal islamçılar şəhəri şəriət qanunları ilə idarə edirlər. APA TV-nin xəbərinə görə, kadrlar şəhər sakini Raqad adlı qadın tərəfindən Raqqanın adi günlərindən birində gizli kamera ilə çəkilib. Silahlı patrullar yolun ortasında ibadət edir, bazar meydanında şəriət qanunlarını pozan şəxsləri hansı cəzaların gözlədiyini izah edən kitabçalar satılır, bir qab pulsuz şorba almaq üçün növbələrin düzüldüyü görünür və küçələrdə üzlərini açmağa cəsarətləri çatmayan qadınlar gəzirlər. Cəmi 7 ay öncə isə bu şəhərdə smartfon almaq mümkün idi. Qadınların niqabı bir az açıq olarsa, "İslam dövləti" döyüşçüləri tərəfindən ciddi cəzalandırılırlar. Bu cəzalar çox vaxt daş-qalaq və digər dəhşətli üsullarla icra edilir. Qadınlar qara niqabdan savayı rəngdən də istifadə edə bilməzlər. Şəhərdəki qadınların əksəriyyəti başqa yerlərdə döyüşən terrorçuların arvadlarıdır. Onlar uşaqları ilə parkda gəzdikləri halda belə avtomatla silahlı olurlar və bu onun döyüşçü arvadı olduğuna dəlalət edir. Maraqlı burasıdır ki, bu qədər təcrid olunmaqlarına baxmayaraq, heç bir qadın öz həyatından şikayətçi deyil.

Oxşar yazılar

İsrailli nazirdən qalmaqallı etiraf: İranda müxalifəti səfərbər etməyə çalışırıq
24 iyun 2025 , 07:12
İsrailin İranın daha bir nüvə alimini öldürdü
24 iyun 2025 , 06:41
Araqçi atəşkəs barədə xəbərləri təkzib etdi
24 iyun 2025 , 04:23
Atəşkəs əldə olundu - İran-İsrail müharibəsi bitdi
24 iyun 2025 , 02:28
SON DƏQİQƏ: İran Qətər və İraqdakı ABŞ hərbi bazalarını vurdu
23 iyun 2025 , 21:11
DƏHŞƏTLİ PROQNOZ: İran-İsrail münaqişəsi iki il davam edə bilər
23 iyun 2025 , 20:28"Biz sizin düşməniniz deyilik" - Netanyahunun arvadından PAYLAŞIM
23 iyun 2025 , 17:13
Dedektivin qalıqları zibillərin arasından tapıldı
23 iyun 2025 , 13:43