Gövhər Həsənzadə kiminlə bir araya gəldi?
08 mart 2014 14:20 (UTC +04:00)

Gövhər Həsənzadə kiminlə bir araya gəldi?

Bəstəkar Gövhər Həsənzadə yeni layihələr üzərində çalışır. Bu barədə Lent.az- a bəstəkarın mətbuat katibi Ceyran Nəriman bildirib. O deyib ki,  Gövhər xanım tezliklə bir-birindən maraqlı layihələr edəcək: ”Hazırda  Gövhər xanım Aygün Məmmədova ilə çalışır. O, Aygünün Azərbaycan estradasında fərqlənəcəyini  bildirib.

Aygün Məmmədova da durmadan öz üzərində çalışır. Səhərlər vokala, günortalar rəqs məşğələlərinə gedir. Axşamlar isə səsyazma studiyasında olur.

Gövhər Həsənzadə öz  yeni protejesini Novruz bayramı ərəfəsində tamaşaçılara təqdim etmək niyyətindədir.

Artıq Aygünün ifa edəcəyi mahnı hazırdır. “Üzülmə”adlı ritmik mahnın bəstəsi  Gövhər Həsənzadəyə, sözləri türk şairəsi Aişə Birgül Yılmaza, aranjemanı Yasar Baxışa məxsusdur. Mahnı samba stilində aranjeman olunub. “

Qeyd edək ki, mahnıya klip də  çəkiləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1670

Oxşar yazılar