Şamaxı yolunda zəncirvari qəza: yaralılar var
26 mart 2013 12:36 (UTC +04:00)

Şamaxı yolunda zəncirvari qəza: yaralılar var

 

Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, Sulutəpə qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən məlumata görə, “Şackman” markalı iritonnajlı yük maşını Şamaxı istiqamətinə hərəkət edərkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb. Yük maşını 5-dən çox minik avtomobilini əzib. Qəzanın baş verdiyi yol bağlanıb. Əraziyə yol polisləri, xilasedicilər və təcili yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 10-a yaxın insanın xəsarət aldığı bildirilir. Onlardan 3 nəfərin vəziyyətinin  daha ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234

Oxşar yazılar