Gələn ilin bayram günləri-SİYAHI
23 dekabr 2012 20:22 (UTC +04:00)

Gələn ilin bayram günləri-SİYAHI

0

2012-ci il dekabrın 29-u və 30-u iş günləri, 2013-cü il yanvarın 3-ü və 4-ü isə istirahət günləri elan edildiyindən dövlət bayramlarına görə veriləcək istirahət günlərinin siyahısı yenilənib.

Nazirlər Kabinetinin məlumatına görə, 2013-cü ildə bayramlar belə olacaq - Yeni il – 1-4 yanvar, Qadınlar Günü – 8 mart, Novruz bayramı 20-24 mart, Faşizm üzərində Qələbə Günü – 9 may, Respublika Günü – 28 may, Milli Qurtuluş Günü – 15 iyun, Silahlı Qüvvələr Günü – 26 iyun, Ramazan bayramı – 8-9 avqust, Qurban bayramı 15-16 oktyabr, Dövlət Bayrağı Günü – 9 noyabr, Dünya Azərbaycanlılarının Həmrəylik Günü – 31 dekabr.

Novruz bayramının iki günü, Milli Qurtuluş və Dövlət Bayrağı günləri istirahət günlərinə düşdüyündən əlavə 4 qeyri-iş günü də olacaq: 25-26 mart; 17 iyun; 11 noyabr.

Azadlıq Radiosu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10523

Oxşar yazılar