Zuğulba çimərliyini kim mühasirəyə alıb? - VİDEO
03 iyun 2023 18:31 (UTC +04:00)

Zuğulba çimərliyini kim mühasirəyə alıb? - VİDEO

Ərazidə söhbətləşdiyimiz sakinlər də vəziyyətdən narazıdırlar. Bildirilər ki, dənizkənarı ərazilərin hasarlanması onların istirahətinə mane olur.

Hüquqşünas Cəmil Adışov deyir ki, dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarında tikinti və hasarlanma işlərinin aparılması tamamilə qanunsuzdur.

Sözügedən məsələ ilə Xəzər rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanovla əlaqə saxladıq. Bildirdi ki, məsələdən xəbərsizdir. 

Dediyi kimi də etdik. Suallarımızı Buzovna inzibati ərazi dairəsinin rəhbəri Emin Əliyevə ünvanladıq. Ancaq o da məsələdən xəbərsiz olduğunu söylədi. Buna baxmayaraq vəd verdi ki, yaxın bir neçə gün ərzində qanunsuz hasarlar söküləcək.

Açığı, sözügedən çimərliyin hasarlanması ilə bağlı sosial şəbəkələrədə və xəbər saytlarında bir neçə gündür dolaşan görüntülərə baxmayaraq, problemdən aidiyyəti qurumların xəbərsiz olması bir xeyli şübhə və təəccüb yaradır. Odur ki, qanunsuz hasarların sökülüb-sökülmədiyini öyrənmək üçün mövzuya yenidən qayıdacağıq.     

# 2727
avatar

Oxşar yazılar