Yol hərəkəti qaydalarını pozan "Niva" yol polisindən qaçmağa çalışıb. Belə hadisə ilk dəfə baş vermir. Dəfələrlə anoloji hadisələrin sosial şəbəkədə, həm də real həyatda şahidi olmuşuq.
Lent.az xəbər verir ki, növbəti belə hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydə alınıb. Hərəkət qaydalarını pozan "Niva" markalı avtomobil yol polisinin "saxla" əmrinə tabe olmayıb. Buna görə də, yol polisi əməkdaşları onlardan qaçan "Niva"nı saxlamağa çalışıb. Bu zaman "Niva" kəsişmədən qəflətən çıxaraq, əsas yoldakı maşınlara təhlükə yaradıb.
Hadisə anı orada olan avtomobillərdən birinin kamerasına düşüb.
Görüntüləri təqdim edirik: