Ukraynaya HAVA ZƏRBƏLƏRİ:  10 ölü, 60-a yaxın yaralı - VİDEO  - YENİLƏNİB
10 oktyabr 2022 15:05 (UTC +04:00)

Ukraynaya HAVA ZƏRBƏLƏRİ: 10 ölü, 60-a yaxın yaralı - VİDEO - YENİLƏNİB

Rusiyanın bu gün Ukrayna ərazilərinə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb. 

Lent.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin spikeri Maryana Reva məlumat verib. 

Onun sözlərinə görə, Kiyevdən başqa ölkənin daha 14 regionuna raket zərbələri endirilib.

Nəticədə 10 nəfər ölüb, 60-a yaxın yaralı var.

***

saat 11:28

Kiyevin mərkəzinə raket hücumu nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb. 

Lent.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko bildirib.

Bundan başqa, Ukrayna Prezidenti "Telegram" kanalındakı paylaşımında "Ukraynanı yer üzündən silməyə, bizi məhv etməyə çalışırlar. Zaporojedə evində yatan insanları, Dnepr və Kiyevdə işə gedənləri öldürürlər..." -, deyə, o, bildirib.

Qeyd edək ki, bu gün saat 08:15-də Kiyevin mərkəzində baş verən böyük partlayış ard-arda 3 dəfə təkrarlanıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.

*** 

10:35

Kerç Boğazında yerləşən Krım körpüsündə baş verən partlayışdan sonra bu gün Ukraynanın paytaxtında ard-arda partlayışlar olub. 

Lent.az xarici mənbələrə istinadla xəbər verir ki, iddialara görə, hücum Rusiya tərəfindən təşkil olunub. 

Şəhər meri Vitali Kliçko bütün dövlət xidmətlərinin ərazidə çalışdığını, detalların açıqlanacağını deyib. 

Hadisə şahidləri yollarda avtomobillərin yandığını bildirib. Partlayışlarda ölən və yaralananların olduğunu qeyd edirlər. 

Qeyd edək ki, bölgədən gələn son xəbərlərə görə, partlayışlar davam edir. 


 

Kiyevdə partlayış anı

Kiyevdə partlayış anı

Kiyevə düşən raket uşaq parkını darmadağın edib

# 8100
avatar

Nigar Namiq

Oxşar yazılar