Təbrizdə polis maşını və Xameneinin portreti yandırıldı - VİDEO
23 oktyabr 2022 14:56 (UTC +04:00)

Təbrizdə polis maşını və Xameneinin portreti yandırıldı - VİDEO

Təbrizdə etirazların 37-ci gecəsi də sakit ötüşməyib. 

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Təbrizdə ötən gecə baş tutan aksiyalarda etirazçılar polis maşınını və İranın ali dini liderinin portretini yandırıblar. 

Aksiya iştirakçıları "Azadlıq! Ədalət! Milli hökumət!" şüarları səsləndiriblər. 

Aksiya hökumət qüvvələri tərəfindən dağıdılıb. 

# 3780
avatar

Oxşar yazılar