Təbriz AYAQDA:  "Biz Babəkin əsgəriyik" - VİDEO
22 oktyabr 2022 17:35 (UTC +04:00)

Təbriz AYAQDA: "Biz Babəkin əsgəriyik" - VİDEO

İranda artıq 36 gündür ki, etiraz aksiyaları davam edir.

Hökumət qüvvələri tərəfindən güclü müqavimət olsa da, etirazçılar bundan qorxaraq, geri çəkilmirlər. Əksinə aksiyalar daha geniş vüsət alır, insanlar küçələrdən yığılmır.

Lent.az "MOUZE" teleqram kanalına istinadla xəbər verir ki, Cənubi Azərbaycanın Təbriz şəhərində də aksiyalar get-gedə güclənir. İnsanlar küçələrə çıxaraq, "Biz ölməyə hazırıq, Bəbəkin sərbazıyıq (əsgəriyik)" şüarları səsləndirirlər.

Qeyd edək ki, indiyədək İranda keçirilən etiraz aksiyalarında 244 nəfər öldürülüb, onlar arasında uşaqlar da var.

Təbrizdəki sözügedən görüntüləri təqdim edirik:

 

# 2943
avatar

Oxşar yazılar