Şortikli turisti taksiyə mindirmədilər - Azərbaycanda  - VİDEO
15 oktyabr 2022 14:46 (UTC +04:00)

Şortikli turisti taksiyə mindirmədilər - Azərbaycanda - VİDEO

Azərbaycanda yenə şortik qalmaqalı baş verib.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, bu dəfə şortik mübahisəsi İsmayıllı rayonu Qalacıq kəndində baş verib.

Şortik geyinən turist kənd ərazisindən keçərək şəlaləyə qalxmaq istəyərkən sakinlərlə mübahisə baş verib. Hətta taksi sürücüləri onu bu geyiminə görə, maşına mindirməyiblər. Kəndlilərdən orta yaşlı kişi gənc oğlanı telefonla kameraya çəkərək niyə belə geyindiyini soruşub və ona Azərbaycanda şortiklə gündəmə gəlməməyi tövsiyə edib.

Digər kəndli isə "özünə hörmət tələb etmək üçün geyiminə fikir ver də" deyə, turistə münasibət bildirib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, şortikli turistlə mübahisəedən şəxs polisə çağırılıb və araşdırma aparılır.

# 3729
avatar

Oxşar yazılar