Rusiyada magistral yolda hərəkət edən yararsız avtomobil görənlərin diqqətini çəkib.
Lent.az Moskvada çəkilən bu görüntülər yerli telegram kanallarında yayılıb.
Məlumata görə, bir il əvvəl külək ağacı "Lexus" markalı avtomobilin üzərinə aşırıb. Nəticədə avtomobil əzilib və istifadəyə yararsız olub. Sığorta şirkəti isə nəqliyyat vasitəsinin sahibinə ödəniş etməkdən boyun qaçırıb.
Deyilənə görə, sahibkar da avtomobilini həmin vaxtdan elə bu vəziyyətdə idarə edir.