Səyyah dünyanın “ən qəribə yeri”ni paylaşdı - VİDEO
01 noyabr 2024 12:37 (UTC +04:00)

Səyyah dünyanın “ən qəribə yeri”ni paylaşdı - VİDEO

Təcrübəli səyyah Fil Karr Şimal Buzlu Okeanın Şpitsbergen arxipelaqında (Norveç) yaşayış məntəqəsi olan Longyearbyen şəhərinə səyahəti ilə bağlı qeyri-adi təəssüratlarını bölüşüb.

Lent.az xəbər verir ki, “TikTok”dakı videolarından birində o, özünün “ən qəribə” adlandırdığı bu heyrətamiz yerin əsas görməli yerlərini göstərib.

“Mənim dünyam alt-üst oldu! Planetin ən şimalında yerləşən yaşayış məntəqəsindəyəm və bura çatmaq göründüyündən daha asandır”, - deyə Fil paylaşıb.

Məlumata görə, Arktika mənzərəsinin gözəlliyi təcrübəli səyyahı valeh edib. Ancaq o, Svalbarddakı şərtlərin çox sərt ola biləcəyini də vurğulayıb:

"Bu, həm təhlükəli, həm də qəddardır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759
avatar

Sevinc Fərid

Oxşar yazılar