Xatırlayırsınızsa, 28 may metrostansiyasının qarşısında ötən il bir neçə ay ərzində təmir işləri aparıldı, yeni park istifadəyə verildi. Açılışı 2024-cü ilin noyabr ayında olan park yüksək standartlara uyğun şəkildə təmir olundu, avtomobillərin girişinə isə məhdudiyyət qoyuldu. Artıq həmin ərazidə yalnız avtobuslar və piyadalar daha rahat hərəkətdədirlər. Hər şey zahirən çox gözəl görünür. Ancaq deyəsən, avtobusların ilk və son dayanacağı olsa da, buraya dayanacaq pavilyonu qoymaq unudulub...
Lent.az xəbər verir ki, bu məsələ APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:
28 may metrostansiyası qarşısındayıq. Bu qədər modern üslubda dizayn olunmuş ərazidə avtobus var, avtobus gözləməyə nə yer, nə də ki, oturacaq yoxdur. Deyəsən, müasir insanlar oturmağı sevmirlər. Görəsən, 1 ildən sonra bura dayanacaq qoyulsa, insanlar otura biləcəklərmi?
Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.