Ronaldo oyun zamanı GÖRÜN NƏ ETDİ? - VİDEO
27 noyabr 2022 15:18 (UTC +04:00)

Ronaldo oyun zamanı GÖRÜN NƏ ETDİ? - VİDEO

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatında Qana yığması ilə Qətərdə keçirilən oyunda alt paltarından enerji çubuğu çıxararaq onu yeyib. 

Lent.az xəbər verir ki, Portuqaliyanın “A Bola” nəşri diqqəti cəlbedici bir detala çəkib.

Xatırladaq ki, portuqaliyalılar dünya çempionatında H qrupunun ilk oyununda qanalıları 3:2 hesabı ilə məğlub edib.

Oyun zamanı 37 yaşlı Ronaldonun təcili nə yeməsinə ehtiyac yaranıb.  Qana millisinin cərimə meydançasında olan futbolçu bir neçə saniyə ərzində alt paltarının daxili cibində nəsə axtarıb. Çubuğu çıxaran hücumçu onu hərəkət edərək yeyi, oyuna davam edib. Mənbə nəşrə bunun enerji əlavəsi olduğunu bildirib.

Yeri gəlmişkən, bu oyunda Ronaldo penaltini dəqiq yerinə yetirərək qol vurub.

Bu mundial portuqaliyalı üçün karyerasında beşinci olub. Ronaldo tarixdə ardıcıl 5 dünya çempionatında qol vuran ilk futbolçudur. Xatırladaq ki, o, bundan əvvəl 2006, 2010, 2014 və 2018-ci illərdə dünya çempionatlarında qol vurub.

Portuqaliya növbəti oyunu noyabrın 28-də Uruqvaya qarşı keçirəcək.


 

Ronaldo oyun zamanı görün nə etdi?

# 2544
avatar

Oxşar yazılar

Səfirliyimizin əməkdaşı terrorçunu belə zərərsizləşdirib – YENİ VİDEO

Səfirliyimizin əməkdaşı terrorçunu belə zərərsizləşdirib – YENİ VİDEO

27 yanvar 2023 , 18:56
Bakıda  itlərin yemək qabını  oğurlayan KAMERALARA DÜŞDÜ

Bakıda itlərin yemək qabını oğurlayan KAMERALARA DÜŞDÜ

27 yanvar 2023 , 18:10
Bakıda iranlıların yaratdığı cinayətkar dəstənin üzvləri tutuldu - VİDEO

Bakıda iranlıların yaratdığı cinayətkar dəstənin üzvləri tutuldu - VİDEO

27 yanvar 2023 , 17:52
İranda şəhid olan Orxan Əsgərovun yaxınları DANIŞDI  -VİDEO

İranda şəhid olan Orxan Əsgərovun yaxınları DANIŞDI -VİDEO

27 yanvar 2023 , 16:49
İrandakı səfirliyimizə edilən silahlı hücumun YENİ VİDEOSU

İrandakı səfirliyimizə edilən silahlı hücumun YENİ VİDEOSU

27 yanvar 2023 , 13:53
İranın Bakıdakı səfirliyinin qarşısında təhlükəsizlik gücləndirildi - VİDEO

İranın Bakıdakı səfirliyinin qarşısında təhlükəsizlik gücləndirildi - VİDEO

27 yanvar 2023 , 12:15
İrandakı səfirliyimizə edilən silahlı hücumun ANBAAN GÖRÜNTÜLƏRİ

İrandakı səfirliyimizə edilən silahlı hücumun ANBAAN GÖRÜNTÜLƏRİ

27 yanvar 2023 , 12:08
İrandakı səfirliyimizdən SON GÖRÜNTÜLƏR

İrandakı səfirliyimizdən SON GÖRÜNTÜLƏR

27 yanvar 2023 , 11:51