Restoranda qeyri-adi HADİSƏ: Müştərinin başına  SİÇAN DÜŞDÜ   - VİDEO
19 oktyabr 2022 19:36 (UTC +04:00)

Restoranda qeyri-adi HADİSƏ: Müştərinin başına SİÇAN DÜŞDÜ - VİDEO

Primorsk diyarındakı “Tokio” restoranına gələnləri insanların üzərinə düşən siçovul qorxudub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Naxodka şəhərindəki müəssisələrdən birində baş verib. Yayımlanan görüntülərdə siçovulun tavandan rusiyalı müştərinin başına necə düşdüyü, daha sonra onun stolun üstünə tullanaraq yenidən qonağın üstünə qaçdığı, sonra isə gözdən itdiyi göstərilir. Masada oturanların qalan hissəsi dağılışır, qonaqlardan biri qorxaraq ayaqları ilə divanın üstünə çıxır.

Müəssisə rəhbərliyinin sözlərinə görə, siçovul zalda ilk dəfə görünüb - buna qədər gəmiricilər yalnız zibil qutusundan qidalanırmış.

Restoranda qeyri-adi HADİSƏ: Müştərinin başına siçan düşdü

# 4848
avatar

Oxşar yazılar