Polis helikopteri qəzaya uğradı, ölənlər var - VİDEO
24 may 2025 15:10 (UTC +04:00)

Polis helikopteri qəzaya uğradı, ölənlər var - VİDEO

Tailand polisinə məxsus “Bell 212” helikopteri Praçuap Xiri Xan əyalətində qəzaya uğrayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Hua Hin şəhərindən 40 km cənubda baş verib. Nəticədə 3 nəfər həlak olub.

İlkin məlumata görə, bir nəfər paraşütlə maşından tullanaraq xilas ola bilib.

Şahidlər helikopter qəzaya uğramazdan əvvəl partlayış səsi eşitdiklərini iddia edirlər. İstintaq təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar