Narkotikin təsirində olan avtobus sürücüsü saxlanıldı - VİDEO
08 dekabr 2022 18:48 (UTC +04:00)

Narkotikin təsirində olan avtobus sürücüsü saxlanıldı - VİDEO

Bakıda narkotikin təsirində avtobus sürən saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.

Belə ki, “İSUZU” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Kənan Həzrətquliyev Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı K.Həzrətquliyev narkotik maddə qəbul etməsi müəyyən edilib.

K.Həzrətquliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Qeyd: Videomaterialı dyp.polisazerbaycan instagram səhifəsindən əldə edə bilərsiniz.

# 1899
avatar

Oxşar yazılar

Yaşlı qadın nəvəsinin paltarlarını geyinib VİDEO ÇƏKDİ

Yaşlı qadın nəvəsinin paltarlarını geyinib VİDEO ÇƏKDİ

4 fevral 2023 , 09:38
Güneyli ananın  FƏRYADI:   "Yemək tapmırıq, acından ölürük!"

Güneyli ananın FƏRYADI: "Yemək tapmırıq, acından ölürük!"

3 fevral 2023 , 15:51
Bakıda mağazalardan oğurluq edən qadın kameralara düşdü - VİDEO

Bakıda mağazalardan oğurluq edən qadın kameralara düşdü - VİDEO

3 fevral 2023 , 14:34
Saytlarda telefon satanları aldadıb pullarını belə aldı - VİDEO

Saytlarda telefon satanları aldadıb pullarını belə aldı - VİDEO

3 fevral 2023 , 10:03
Məşhur müğənni oğlu ilə SƏHNƏDƏ  - VİDEO

Məşhur müğənni oğlu ilə SƏHNƏDƏ - VİDEO

3 fevral 2023 , 09:40
İranda soydaşlarımızın yaşadığı ağrılı vəziyyət  - VİDEO

İranda soydaşlarımızın yaşadığı ağrılı vəziyyət - VİDEO

3 fevral 2023 , 09:24
Soydaşlarımız molla rejimini belə İFŞA ETDİ:  "Dövlət insanları aldadır"

Soydaşlarımız molla rejimini belə İFŞA ETDİ: "Dövlət insanları aldadır"

2 fevral 2023 , 12:30
Qasıməli Qasımov

Bakıda kriminal avtoritet tutuldu - VİDEO

2 fevral 2023 , 11:52