Nail Kəmərli qarət olundu - VİDEO
25 avqust 2022 12:12 (UTC +04:00)

Nail Kəmərli qarət olundu - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlardan silsilə reportajlar hazırlayan blogger qarət olunub.

Lent.az xəbər verir ki, bu barədə zərərçəkmiş blogger Nail Kəmərli özünün sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, naməlum şəxs və ya şəxslər gecə saatlarında ona məxsus “NİVA” markalı avtomobili qarət ediblər. Belə ki, həmin şəxslər salonda N. Kəmərlinin çəkiliş üçün istifadə etdiyi kamera və bir neçə ləvazimatları oğurlayıb, həmçinin avtomobilin maqnitofonunu sındırıblar.

Blogger hadisənin narkotik alverçiləri tərəfindən edildiyini güman edir. O bildirib ki, bu hadisə məlum fəaliyyəti dövründə ilkdir və bunu təzyiq kimi qiymətləndirib.

Qeyd edək ki, Nail Kəmərli narkotiklərin qanunsuz dövriyyəsi, Bakıda ən çox narkomanların olduğu ərazilərdən və s. çəkilişlər edir.

Narkotacirləri ifşa edən Nail Kəmərli qarət olundu

# 6432
avatar

Mehman Nəbiyev

Oxşar yazılar