Kor ola bilərsiniz - Kontakt  LİNZA  taxanların DİQQƏTİNƏ  - VİDEO
11 iyun 2021 23:32 (UTC +04:00)

Kor ola bilərsiniz - Kontakt LİNZA taxanların DİQQƏTİNƏ - VİDEO

 ABŞ-da aparılan araşdırmalar nəticəsində məlum olub ki, 30 milyondan çox adam hovuza və ya dənizə gedərkən kontakt linzaları çıxarmır. Həkimlər bu cür çimməyin təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq edib.
 
Lent.az xarici mütəxəssislərə istinadən bildirir ki, bir çoxları dənizdə üzgüçülük eynəyindən istifadə etdiyi üçün linzaları çıxartmır. Həkim hətta üzgüçülük eynəyi taxılsa belə, göz sağlamlığına risk etməməyi məsləhət görür.


 
Həkim bildirir ki, görmə qabiliyyəti məhdud olan şəxslər hovuz və ya dənizdə linza taxmaq məcburiyyətindədir. Bu zaman birdəfəlik kontakt linzalardan istifadə olunmalıdır. Linzalar suya davamlı üzgüçülük gözlükləri ilə birlikdə istifadə edilməlidir. Üzərkən su gözlərlə təmas edərsə, gözdə qıcıqlanma və infeksiya riskini azaltmaq üçün kontakt linzalar ən qısa müddətdə çıxarılmalıdır.


 
Kontakt linzalar taxarkən hətta duş qəbul etmək çox təhlükəlidir. Çünki krant suyu ilə linza arasındakı ən kiçik təmas korluğa səbəb ola bilər. Suda yaşayan bəzi parazitlər gözə daxil olduqda, linzada çoxalaraq gözə keçə bilər. Bu cür göz xəstəliklərində müalicə çox məhduddur. Çünki parazitləri gözdən təmizləmək çox çətindir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4248
avatar

Nigar Adil

Oxşar yazılar