Kişi siqaret təklif edən  qadının çənəsini qırdı - VİDEO
16 sentyabr 2025 12:38 (UTC +04:00)

Kişi siqaret təklif edən qadının çənəsini qırdı - VİDEO

0

Rusiyanın Tümen şəhərində sərxoş kişi mağazada ona tütün məhsulları almağı təklif edən satıcını vurub. Münaqişəyə başqa bir əməkdaş qarışanda naməlum şəxs onu da döyüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, kassada olarkən satıcı müştəriyə tütün məhsulları almağı təklif edib. O, isə cavab olaraq qadını təhqir edib və yumruqla üzünə vurub. Münaqişəyə ticarət obyektinin ikinci əməkdaşı qarışıb. Cinayətkar bu qadını da yumruqla vurub, sonra isə hadisə yerindən qaçıb.

Zərərçəkmiş qadında çənə sınığı aşkar edilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Kişi üç ilədək həbs cəzası ala bilər, hazırda o, ölkədən çıxmamaq barədə iltizamda saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar