"KamAZ" sürücüsü polisdən belə qaçdı, sonra şöbəyə gəlib...  - HADİSƏ ANI
04 iyul 2022 16:16 (UTC +04:00)

"KamAZ" sürücüsü polisdən belə qaçdı, sonra şöbəyə gəlib... - HADİSƏ ANI

“KamAZ” markalı yük avtomobilini Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının VI Taqımının əməkdaşları stasionar postda nəzarət qaydasında saxlayıblar.

Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı sürücü V. Həsənovun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını bilərəkdən gizlətməsi, eyni zamanda nəqliyyat vasitəsinin üzərində 932 manat ödənilməyən cərimə borcunun olması aşkar olunduğundan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdiriləcəyi bildirildikdə o, polis işcisinin qanuni tələbinə əməl etməyərək ərazidən uzaqlaşıb.

Bir müddət sonra V. Həsənov başqa bir avtomobillə stasionar posta qayıdaraq taqımın inzibati binasına gələrək cərimələri ödəməyəcəyini bildirib. Bu səbəbdən V.Həsənov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vüsal Həsənov barəsində inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

"KamAZ"yol polisindən belə qaçdı, sonra şöbəyə gəlib söydü

# 4044
avatar

Mehman Nəbiyev

Oxşar yazılar