Jurnalistlər pusquya düşdülər: Ukraynadan  dəhşətli görüntülər
05 mart 2022 16:10 (UTC +04:00)

Jurnalistlər pusquya düşdülər: Ukraynadan dəhşətli görüntülər

Ukraynada müharibəni işıqlandırmağa çalışan jurnalistlər hücuma məruz qalıb. 

Lent.az xəbər verir ki, “Sky News” xəbər agentliyinin jurnalistləri döyüş bölgəsində pusquya düşüblər. 

Məlumata görə, onları aparan avtomobil güllələnib. Hadisə zamanı güllə operator Riçi Moklerə dəyib. Lakin o, zirehli gödəkcənin köməyi ilə sağ qalıb. 

Daha sonra ərazidəki fabrikə sığınan jurnalistləri Ukrayna polisi xilas edib. 

Həmin anların görüntülərini təqdim edirik:
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3375
avatar

Sevinc Fərid

Oxşar yazılar