İsmayıllıda QUDUZLUQ:  inək öz balasını yeyib? - VİDEO  - YENİLƏNİB
14 mart 2025 12:00 (UTC +04:00)

İsmayıllıda QUDUZLUQ: inək öz balasını yeyib? - VİDEO - YENİLƏNİB

AQTA İsmayıllıda heyvanlar arasında quduzluq xəstəliyinin yayılması ilə bağlı APA TV-nin hazırladığı material əsasında araşdırmalara başlayıb.

Qurumdan Lent.az-a bildirilib ki, AQTA-nın regional bölməsinin əməkdaşları rayon baytarlıq idarəsinin əməkdaşları ilə birgə sözügedən kəndə baxış keçiriblər və müvafiq araşdırmalara başlayıblar.

Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.

Kürdmaşı kəndində heyvanların tələf olması halları artır

İsmayıllı rayonunun Kürdmaşı kəndində bir aya yaxındır ki, mal-qaranın tələf olması halları artıb. Kənd sakinlərinin APA TV-yə verdikləri məlumata görə, baytar həkimlər heyvanlar arasında quduzluq xəstəliyi yayıldığını bildiriblər.

Kənd sakinlərinin açıqlamaları

Kənd sakini Əlövsət Həsənov deyib ki, heyvanlara vaksin vurulub: “Mal-qarada quduzluq xəstəliyi olduğu deyilir. Bir inəyimiz ölüb. Kənddə çox adamın təsərrüfatında var”.
Kənd sakini Teymur Ağayev də eyni xəstəlikdən üç inəyinin tələf olduğunu bildirib.

Kənd sakini Tahir Nəcəfov da mal-qaranın tələf olduğunu təsdiqləyib: “Bir ay əvvəl inəyimiz tələf oldu. Əvvəlcə, su içmədi, gözləri qızarmışdı, başqa inəklərə hücum edirdi. Öz balasını boynundan dişləmişdi. Daha sonra da tələf oldu”.

İnəklərdə quduzluq xəstəliyinin əsas əlamətləri nədir?

İnəklərdə quduzluq xəstəliyi sinir sisteminə təsir edən, ölümcül olan virus infeksiyasıdır. Xəstəliyin ilkin əlamətləri heyvanın aqressivləşməsi və ya həddindən artıq qorxaqlaşması, yeməkdən imtina və çeynəmə problemləri ilə müşahidə olunur. Sonrakı mərhələdə  boğaz əzələlərinin iflici nəticəsində su içməmək, hərəkət çətinliyi, yıxılma halları, paraliz və ifliclə xarakterizə olunur. 

Quduzluq xəstəliyi sağalmazdır və yoluxmuş inək adətən 4-7 gün ərzində tələf olur.

İnsanlar üçün təhlükəsi

Xüsusilə qeyd etmək lazımdır ki, quduzluq zoonoz xəstəlikdir, yəni insana keçə bilər. Bu səbəbdən şübhəli heyvanlara yaxınlaşmamaq və baytarlıq xidmətlərinə dərhal məlumat vermək vacibdir.
 

***

13 mart, 13:00

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791

Oxşar yazılar