Cari ilin döyüş hazırlığı planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimdə gecə və məhdudgörmə şəraitində müxtəlif xüsusi tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, təlimin ssenarisinə uyğun olaraq xüsusi təyinatlılar kəşfiyyat məlumatları əsasında şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın, təxribat təlim döyüş tapşırıqları yerinə yetiriblər.
Xüsusi təyinatlılar tərəfindən aşkar edilmiş sığınacaqlarda və şərti cəbhənin digər istiqamətlərində bilavasitə təmas vəziyyətində düşmən texnikası və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Düşmən arxasında qarşılaşa biləcək maneə sistemlərinin kiçik bölmələr halında dəf edilməsi, yaşayış məntəqələrində döyüşün aparılması və ələ keçirilməsi fəaliyyətləri icra edilib
Qeyd edək ki, Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərdə əsas məqsəd xüsusi təyinatlıların peşəkarlıq səviyyəsinin daha da artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

İranla sərhəddə GECƏ TƏLİMLƏRİ -VİDEO
Oxşar yazılar

Arvadını aldadan milyarder canlı efirdə tutuldu - VİDEO
18 iyul 2025 , 19:59Aeroport yolunda maşın xidməti avtomobilə çırpıldı - HADİSƏ ANI
18 iyul 2025 , 16:42
Sosial şəbəkədə linç olunanlar - İMPLUS
18 iyul 2025 , 13:21
APA TV-də XƏBƏRAPARAN - CANLI
18 iyul 2025 , 10:00Maşınınız belə yana bilər - İstilərlə bağlı XƏBƏRDARLIQ - VİDEO
17 iyul 2025 , 15:53
Oyuncaq ala bilməyən qız özünü öldürdü - VİDEO
17 iyul 2025 , 11:42