İranda QANLI CÜMƏ:  58 ölü, 270 yaralı - VİDEO
01 oktyabr 2022 14:20 (UTC +04:00)

İranda QANLI CÜMƏ: 58 ölü, 270 yaralı - VİDEO

Sentyabrın 30-da İranın Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində baş verən qarşıdurmalar zamanı ölənlərin sayı açıqlanıb.

Lent.az "MOUZE" telegram kanalına istinadla bildirir ki, Bəluç fəallar hökumətin verdiyi məlumatın həqiqəti əks etdirmədiyini deyirlər. Məlumata görə, qarşıdurmalar zamanı 58 nəfər ölüb, 270-dən çox insan yaralanıb. Ağır yaralıların çox olduğuna görə ölü sayının artacağı gözlənilir.

Qeyd edək ki, İran televiziyasının verdiyi rəsmi məlumatda bildirilib ki, Zahidanda baş verən qarşıdurmalarda 19 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

# 4365
avatar

Oxşar yazılar