İrandakı güclü partlayışda ölənlərin sayı  36-ya çatdı - VİDEO  - YENİLƏNİB
27 aprel 2025 18:20 (UTC +04:00)

İrandakı güclü partlayışda ölənlərin sayı 36-ya çatdı - VİDEO - YENİLƏNİB

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

***

saat 11.24

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə İran mediası bildirib.

 

***

saat 10.44

İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində yaralananların sayı 1139 nəfərə çatıb.

Lent.az-ın xəbərinə görə, bu barədə İran hökuməti məlumat yayıb.

Partlayış nəticəsində 18 nəfər ölüb, 6 nəfər itkin düşüb.

***

saat 10.25

İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Lent.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Hadisə zamanı yaralananların sayı isə 800 nəfərə çatıb.

***

00:27

İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Lent.az xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İsgəndər Momeni bildirib.

"Şəhid Rəcai Limanında partlayışın səbəbinin nə olduğunu açıqlayacağıq və məsuliyyət daşıyanlara qarşı qanuni tədbirlər görəcəyik. Limanın əsas sistemləri zədələnməyib, gömrük əməliyyatları davam etdirilir. Yaxın bir neçə saat ərzində yanğını söndürəcəyimizə ümid edirik . Ölənlərin və yaralıların sayının artacağı ehtimalı var.", - o deyib.

***

22:10

İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Yaralananların sayı isə 750 nəfərə çatıb.

Bildirilib ki, yanğın hələ də tam söndürülməyib.

***

15:53

İranın Şəhid Rəcai limanında dəhşətli partlayış olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, nəticədə 406 nəfər yaralanıb.

Qeyd olunur ki, Bəndər Abbas şəhərindəki limanda baş verən partlayışa yanacaq çənində baş verən yanğın səbəb olub. Partlayış dalğası o qədər güclü olub ki, ərazidəki bir ofis binasını və bir çox avtomobili tamamilə sıradan çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558

Oxşar yazılar