Maştağada itkin düşmüş dayıqızı-bibiqızını evində gizlədən taksi sürücüsü saxlanıldı - YENİLƏNİB
26 aprel 2025 21:41 (UTC +04:00)

Maştağada itkin düşmüş dayıqızı-bibiqızını evində gizlədən taksi sürücüsü saxlanıldı - YENİLƏNİB

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsünü Sabunçu rayon Polis İdarəsinin əməkdaşları saxlayaraq məsuliyyətə cəlb edib.

APA xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda həmçinin araşdırmanın nazirliyinnəzarətinə götürüldüyü bildirilib.

***

21:04

Bakının Maştağa qəsəbəsində itkin düşmüş 17 və 18 yaşlı iki qızı polis əməkdaşları tapıb.

Bu haqda Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

“Paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 17 yaşlı A.H. və 18 yaşlı R.H. polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.”, - məlumatda deyilir.

Qeyd edək ki, onlar dayıqızı-bibiqızıdır.

***

24.04.2025

11:45

APA TV Maştağada yoxa çıxan yeniyetmə qızların yaxınlarını danışdırıb

***

22 aprel 08:31

Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlardan biri - Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb.

O bildirib ki, aprelin 16-da evdən qaçan yeniyetmələrlə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, hələ də onlardan xəbər yoxdur.

Bəhram Hüseynov hadisənin baş vermə səbəbini belə izah edib:

"Bacımgil bizə qonaq gəlmişdilər. Qızı mənim qızıma gizlincə telefon verib. Bacım bunu biləndə telefonu ondan alıb. Qızım isə bibisinə yalvarıb ki, bu barədə mənə heç nə deməsin. Oturub çay içirdik. Birdən oğlum dedi ki, uşaq yoxdur. Mənim qorxumdan, leysan olan gün qaçıb gediblər. Hər yerə müraciət etmişik, elə bir yer qalmayıb ki, axtarmayaq. Bu günə kimi hələ də xəbər yoxdur. Fikirləşirəm ki, birdən gedib özünü öldürər və ya qaçıb gizlənər. Ağlıma hər şey gəlir. Mən qızımı 9-cu sinifdən məktəbdən çıxarmışam. O, nə park sevərdi, nə küçə. 16 yaşı var, sevdiyi olsa, mən bilərdim".

Ətraflı süjetdə:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4652

Oxşar yazılar