Trampın prezidentliyinin ilk 100 günü  ABŞ-da əksəriyyətin gözləntilərini doğrultdu
27 aprel 2025 08:45 (UTC +04:00)

Trampın prezidentliyinin ilk 100 günü ABŞ-da əksəriyyətin gözləntilərini doğrultdu

Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündə ABŞ prezidenti kimi fəaliyyəti 10 amerikalıdan 7-nin gözlədiyi ilə üst-üstə düşür.

Lent.az xəbər verir ki, bunu “Associated Press” üçün NORC tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərib.

Respondentlərin 10-dan yalnız 3-ü Trampın hərəkətləri ilə gözləntilərinin doğrulanmadığını bildirib.

Agentliyin qeyd etdiyi kimi, bu o demək deyil ki, amerikalıların əksəriyyəti prezidentin siyasətindən razıdır.

Sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələrini səhv müəyyən etdiyinə inanır, 24%-i onun seçimi ilə razıdır. 62% isə ABŞ-ın Tramp dövründə yanlış istiqamətdə getdiyinə inanır.

Ümumilikdə hər 10 respondentdən 4-ü Trampın prezidentlik fəaliyyətini bəyənir.

Amerikalıların təxminən üçdə biri vitse-prezident J.D.Vens haqqında müsbət fikirdə olduqlarını bildiriblər.

Respondentlərin 10-dan dördü Səhiyyə və İnsan Xidmətləri Katibi Robert Kennedi haqqında müsbət fikirdədir.

Qeyd edək ki, sorğu aprelin 17-dən 21-dək aparılıb və 1200-dən çox amerikalı iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644

Oxşar yazılar

Tramp on birinci dəfə baba oldu

Tramp on birinci dəfə baba oldu

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28
Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33
Heyvanxanada 13 nəfəri ildırım vurdu

Heyvanxanada 13 nəfəri ildırım vurdu

14 may 2025 , 22:22