16 dəfə evlənən  Xalq artisti ürək ağrısı ilə xəstəxanaya yerləşdirildi
26 aprel 2025 16:44 (UTC +04:00)

16 dəfə evlənən Xalq artisti ürək ağrısı ilə xəstəxanaya yerləşdirildi

“Dövlət Sərhədi” filminin ulduzu Vladimir Novikov ürək problemi şikayətləri ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 73 yaşlı aktyor ürək ağrısı, nəfəs darlığı, ayaqların şişməsi, eşitmə qabiliyyətinin kəskin azalması və səhhətinin pisləşməsindən şikayətlənib. 

Qeyd olunur ki, Novikov bir neçə xroniki xəstəlikdən əziyyət çəkir.

Ümumilikdə Rusiyanın xalq artisti 58 filmdə rol alıb. O, qalmaqallı həyatı ilə də tez-tez manşetlərə çıxıb - ikinci arvadı Yelena Novikovla 15 toy edib. 25 illik belə münasibətdən sonra cütlük evlənmək qərarına gəlib və 15-ci evlilik onların sonuncusu olub. Vladimir Novikov ümumilikdə 16 dəfə evlənib.

Mərasimdən bir il sonra həyat yoldaşı vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar