Türkiyədə zəlzələdən sonra  çadırda qalan qadınlar GÜLLƏLƏNDİ
26 aprel 2025 20:00 (UTC +04:00)

Türkiyədə zəlzələdən sonra çadırda qalan qadınlar GÜLLƏLƏNDİ

Türkiyədə zəlzələ səbəbilə küçədə yaşayan qadınlar güllələnib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Esenyurt qəsəbəsində Mehterçeşme məhəlləsindəki Qazilər parkında baş verib.

6.2 ballıq zəlzələdən sonra Pınar Bakırcı anası və 3 uşağı ilə birgə parkda qurduqları çadırda qalıblar. Onların yanına gələn keçmiş əri Turqut Bakırcı ilə aralarında mübahisə başlayıb. Mübahisə zamanı Turqut üzərindəki odlu silahla Pınarı və baldızı Arzu Kaygusuzu güllələyib.

Hadisədən sonra Turqut Bakırcı qaçmaq istəyərkən digər çadırlarda qalan insanlar tərəfindən saxlanılaraq, gələn polislərə təhvil verilib. Yaralı qadınlar isə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1196

Oxşar yazılar