İranda etiraz aksiyaları davam edir: "Təbriz ayaqda!  Azadlıq, ədalət.."
21 sentyabr 2022 09:35 (UTC +04:00)

İranda etiraz aksiyaları davam edir: "Təbriz ayaqda! Azadlıq, ədalət.."

İranda etiraz aksiyaları davam edir. 

Lent.az xəbər verir ki, aksiyaçılar bankların şüşələrini qırır, zibil qutularını yandırırlar. Polis insanlara zor tətbiq etməklə onları dayandırmağa çalışsa da, aksiyanı dağıda bilmir.

İnsanlar “Təbriz ayaqda! Azadlıq, ədalət, milli hökumət!” şüarları səsləndirirlər. 

Xatırladaq ki, etirazların səbəbi bir neçə gün əvvəl  İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilməsidir. Bununla əlaqəli ölkənin iri şəhərlərində kütləvi aksiyalar başlayıb. 

Məlumata görə, etirazlar İranın Təbriz, Tehran, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərində davam edir. 

# 4938
avatar

Sevinc Fərid

Oxşar yazılar