Güclü zəlzələ zamanı suyun altında baş verənlər - VİDEO
16 noyabr 2023 17:19 (UTC +04:00)

Güclü zəlzələ zamanı suyun altında baş verənlər - VİDEO

Ekspedisiya zamanı dalğıclar gözlənilmədən suyun altında zəlzələni və onun ətrafdakı hər şeyə təsirini qeydə almağa müvəffəq olublar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, lentə alınan videoda dalğıcların sakitcə öz işləri ilə məşğul olduqları və okeanın dibində mərcanları kəşf etdikləri göstərilir. 

Lakin qəfildən güclü cərəyan dalğıcları dartmağa başlayıb, sonra isə onları qarşı tərəfə atıb. Dağıntılar zamanı adamlar ümidsizcə hansısa əşyadan yapışmağa çalışıblar.

Bu unikal video İndoneziyanın Maluka adalarını əhatə edən Banda dənizində çəkilib. Bu halda zəlzələ 7,2 bal gücündə seysmik hadisə kimi qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4551
avatar

Fidan İlqar

Oxşar yazılar